Mövsümün ikinci yarısına hazırlaşan "Araz-Naxçıvan" bu gün daha bir yoxlama oyunu keçirəcək. Sport24.az xəbər verir ki, Naxçıvan klubu I Liqa təmsilçisi "Zaqatala" ilə qarşılaşacaq. 

 

Oyun Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında, saat 13:00-da başlaycaq.

 

Qeyd edək ki, "Araz-Naxçıvan" toplanış çərçivəsində keçirdiyi əvvəlki iki qarşılaşmada əvəzedici komandanı (7:0) məğlub edib, "Qəbələ"yə isə (0:1) yenilib.