"Fənərbaxça" "Gələcəyə Ümid" adlı sosial proqrama başlayıb. Sport24.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında paylaşım edilib.

 

Layihənin bir hissəsi olaraq, əsas heyət oyunçularının maaşlarının 1 faizi aztəminatlı ailələrdən olan uşaqlara kömək üçün bağışlanacaq. 

 

Klub həmçinin transfer bazarında qəti mövqeyini ortaya qoyub. Layihəni dəstəkləmək və ianələrdə iştirak etmək istəməyən oyunçularla danışıqlar aparılmayacaq. 

 

"Fotomas"ın məlumatına görə, "Fənərbaxça"nın bir neçə oyunçusu artıq təşəbbüsü açıq şəkildə dəstəkləyib və sosial mediada bununla bağlı paylaşım edib. Matteo Qenduzi, Ederson, Marko Asensio, Milan Şkrinyar, Taliska, Kerem Aktürkoğlu, Edson Alvares, Nelson Semedo, Fred və Arçi Braun layihəyə dəstəklərini nümayiş etdiriblər.