"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasının 16-cı turu çərçivəsində "Əl-Şəbab"ı 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, ulduz futbolçu qələbə ilə bağlı "X" sosial şəbəkəsində paylaşım edib bildirib:

 

 "Bu komanda ilə fəxr edirəm. Biz etməli olduğumuzu etdik. Bizi bu qədər dəstəklədikləri üçün azarkeşlərə təşəkkür edirəm".

 

Bu "Əl-Nəsr"in liqada beş oyunluq uğrusuz seriyadan sonra ilk qalibiyyəti olub.

 

Qeyd edək ki, 15 oyundan sonra "Əl-Nəsr"in aktivində 34 xal var və  lider "Əl-Hilal"dan dörd xal geridə qalaraq üçüncü yerdədir.