Ötən gün "vest Hem"ə (1:2) məğlub olan "Tottenhem"in baş məşqçisi Tomas Frankın kreslosu laxlayıb. Sport24.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 14 oyunda 8-ci məğlubiyyətdən sonra Frankın gələcəyi sual altına düşüb.

 

Qeyd edək ki, "Tottenhem" hazırda turnir cədvəlində 14-cü yerdədir və komandanı düşmə zonasından 10 xal ayırır. London klubu 2026-cı ildə qələbə üzünə həsrət qalıb.