"Bavariya"nın yarımmüdafiəçisi Maykl Olise Bundesliqanın "RB Leypsiq"ə qarşı oyununda əsas qəhrəmanlardan biri olub. Sport24.az xəbər verir ki, Münhen təmsilçisi rəqibini 5:1 hesabı ilə darmadağın edib.

 

Fransız futbolçu 56-cı dəqiqədə meydana daxil olub və üç məhsuldar ötür etməklə yanaşı, 88-ci dəqiqədə özü də fərqlənib. 

 

"Opta"nın məlumatına görə, 2004/2005 mövsümündən bəri yalnız bir oyunçu ehtiyat oyunçular skamyasından meydana çıxdıqdan sonra üç məhsuldar ötürmə edə bilib. 2019-cu ildə "Bavariya"nın "Volfsburq"a qarşı oyununda Frank Riberi bunu bacarıb.

 

Qeyd edək ki, Olise bu mövsüm Bundesliqada 18 oyunda 10 qol vurub və 13 məhsuldar ötürmə edib.