"Kristal Pelas"ın baş məşqçisi Oliver Qlasner dünən rəsmi olaraq cari mövsümün sonunda istefa verəcəyini açıqlayıb. Sport24.az xəbər verir ki, baş məşqçi İngiltərə mətbuatına müsahibəsində rəhbərliyi kadr siyasətinə görə tənqid edib:
"Mənə elə gəlir ki, biz yiysəsiz qalmışıq. Bəzi oyunçuların xidmətindən yararlana bilmirəm. Bizim cəmi 12 və ya 13 futbolçumuz var və biz rəhbərlikdən dəstək görmürük.
Sentyabr ayından bəri ilk dəfə olaraq, bir yerdə bir həftə məşq etmək şansımız oldu. Ancaq oyundan bir gün əvvəl kapitanımızı satırıq. Bunu başa düşə bilmirəm. Həmişə ağzımı yummuşam, amma artıq dözmürəm. Bu mövsüm ikinci dəfədir ki, eyni halla üzləşirik. Yayda Eze getdi, indi isə Qehi. Oyunçulara nə deməliyəm?"
Qeyd edək ki, ötən mövsüm FA kubokunu qazanan "Kristal Pelas" hazırda Premyer Liqada 13-cü yerdədir və artıq ilk turda Kubokda mübarizəni dayandırıb.