Fransa millisinin və "Bavariya"nın müdafiəçisi Dayot Upamekano ölkəsinə geri qayıda bilər. Sport24.az xəbər verir ki, 27 yaşlı futbolçu PSJ-nin transfer siyahısında yer alıb.

 

"Bavariya" ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədər olan Upamekano Paris klubuna keçmək haqda düşünür. 

 

"Zaltsburq", "Leyptsiq" klublarında oynamış fransalı 2021-ci ildə "Bavariya"ya keçmişdi.