"Qalatasaray" istədiyi müdafiəçini Almaniyada tapıb. Sport24.az xəbər verir ki, Türkiyə çempionu mövsümün sonunda "Bavariya"nın müdafiəçisi Rafael Querrero ilə müqavilə imzalamağı planlaşdırır.

 

"Cim-bom" rəsmiləri 32 yaşlı portuqaliyalı üçün indidən danışıqlara başlayıb. Rafaelin "Bavariya" ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

 

O, 2023-cü ildə "Borussiya"dan (Dortmund) Münhen klubuna keçmişdi.

 

Querreronun əvvəllər "Kan", "Loryen" komandalarının da formasını geyinib.