Teymur Rəcəbov səhhətində yaranan problemlə bağlı ölkə çempionatında mübarizəni davam etdirməyəcək. Sport24.az Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, bununla bağlı o, ölkə çempionatının baş hakimi Lütfiyar Rüstəmova və Təşkilat Komitəsinə müraciət ünvanlayıb.
Şahmatçı sağlamlığında yaranan problemlə bağlı çempionatda 3-cü yer uğrunda oyunlarda mübarizə apara bilməyəcəyini söyləyib və bunun üzürlü hesab edilməsini bildirib.