AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın C kateqoriyalı məşqçi kursunun II mərhələsi keçirilir. Sport24.az xəbər verir ki, fevralın 14-dək davam edəcək məşğələlərə təlimatçılar İlham Əzizzadə, Xanlar Əliyev və Dəyanət Əliyev rəhbərlik edirlər.

 

Kursun üçüncü modulu fevralın 25-dən 28-dək, dördüncü mərhələsi isə martın 10-dan 15-dək olacaq.

 

Qeyd edək ki, kursa qatılanlar arasında "Şamaxı"nın qapıçısı Kamal Bayramov, "Muğan", "Rəvan", "Kəpəz", "Simurq", "Sumqayıt", "Keşlə" və "Neftçi"nin sabiq müdafiəçisi Tural Axundov da var.