Bu gün I liqada XIV tura start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə 3 görüş keçirilib.

 

"İmişi" öz meydanında "Qəbələ"yə boyun əyib. "Karvan" MOİK üzərində qələbəyə sevinib. "Mingəçevir" isə öz meydanında "Cəbrayıl"ın qapısına yol tapa bilməyib.

 

Qeyd edək ki, turun digər matçları sabah keçiriləcək. 

 

I Liqa

XIV tur

13 fevral 

"İmişli" – "Qəbələ"  1:2

Qollar: D.Rollo, 72 - Ş.Şahniyarov, 58, D.Massumo, 82

Hakimlər: Nicat İsmayıllı, Asif Abdullayev, Zakir Şükürzadə, Vüqar Həsənli

İmişli. Heydər Əliyev adına şəhər stadionu

"Mingəçevir" – "Cəbrayıl" - 0:0

Hakimlər: Mahmud Bağırzadə, Elmin Süleymanov, Elman Kərimov, Rasim Musayev

Zaqatala OİK stadionu

"Karvan" – MOİK - 3:1

Qollar: B.Teymurov, 2, E.Qasımov, 6, R.Şabanov, 18 - V.Əsgərov, 29

Hakimlər: Emin Əliyev, Sənan Atayev, Rəhman Aslanov, Səbuhi Bayramov

Yevlax şəhər stadionu