2024-cü ildə ən çox qazanan idmançılar bəlli olub. Sport24.az xəbər verirki, siyahını "Sportico" açıqlayıb.

 

Cədvələ Kriştiano Ronaldo başçılıq edir. Portuqaliyalı futbolçu il ərzində 260 milyon dollar qazanıb.

 

"Top-10"da beş futbolçu, iki boksçu və iki basketbolçu yer alıb. Qolf "onluq"da bir nəfərlə təmsil olunub.

 

Qeyd edək ki, qadın idmançılar arasında ən çox qazanan Kori Qauff 30,4 milyon dollar əldə edib. Tennisçi ümumi siyahıda 125-cidir.

 

1. Kriştiano Ronaldo (futbol) - 260 milyon dollar
2. Stef Karri (basketbol) - 153,8 milyon dollar
3. Tayson Fyuri (boks) - 147 milyon dollar
4. Lionel Messi (futbol) - 135 milyon dollar
5. Lebron Ceyms (basketbol) - 133,2 milyon dollar
6. Neymar (futbol) - 133 milyon dollar
7. Aleksandr Usik (boks) — 122 milyon dollar
8. Kərim Benzema (futbol) - 116 milyon dollar
9. Kilian Mbappe (futbol) - 110 milyon dollar
10. Con Rahm (qolf) - 105,8 milyon dollar