"Milan"ın futbolçusu Kayl Uolker Çempionlar Liqasında "Feyenoord"a məğlub olduqları görüşü şərh edib. Sport24.az xəbər verir ki, müdafiəçi 0:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

 

"İki oyunluq mübarizədir. Təəssüf ki, ilk matçda məyus olduq. İndi növbəti oyunu səbirsizliklə gözləyirik. Cavab görüşündə vəziyyəti dəyişə bilərik. İlk oyundan dərs almalıyıq".