"Nürnberq"in formasını geyinən Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə maraqlanan Cənubi Koreya klubu müəyyənləşib. Sport24.az "report"a istinadən xəbər verir ki, "Seul" 27 yaşlı hücumçunu heyətinə qatmaq niyyətindədir.

 

Daha əvvəl də azərbaycanlı forvarda təklif irəli sürən K Liqa 1 təmsilçisi Emrelini razı salmaq üçün Nürnberqə nümayəndə də göndərib.

 

"Seul" oyunçunu razı sala bilsə, II Bundesliqa klubuna müəyyən məbləğ ödəməli olacaq. Cənubi Koreyada transfer dönəmi martın 22-də başa çatacaq.

 

Qeyd edək ki, Mahir Emreli ötən yay "Nürnberq"ə keçib.