"Neftçi"nin 17 yaşadək futbolçuları "Beşiktaş"ın əsas komandası ilə görüşüblər. Sport24.az xəbər verir ki, görüşdə "qara qartallar"ın baş məşqçisi Ule-Qunnar Solskyaer, Bakı klubunun idman direktoru Zaur Əzizov da iştirak ediblər.

 

Yeniyetmə oyunçular, "Neftçi" rəsmiləri əsas komandanın məşqini izləyiblər. Ule-Qunnar Solskyaer və Zaur Əzizov bir-birilərinə klublarının formalarını hədiyyə ediblər.

 

Qeyd edək ki, "Neftçi"nin U-17 komandası Türkiyədə beynəlxalq turnirdə iştirak edir.