U-17 komandasının yoldaşlıq görüşləri keçirməsi məqsədilə Türkiyənin İstanbul şəhərində olan "Neftçi" Futbol Akademiyasının rəsmiləri "Beşiktaş" klubunun qonağı olublar. Sport24.az xəbər verir ki, "qara qartal"ın "Beşiktaş Nevzat Dəmir" təlim-məşq bazasını ziyarət edib A komandanın üzvləri ilə görüşən Bakı klubunun nümayəndələri onların məşqini izləyiblər.

 

"Neftçi" PFK-nın Futbol komandaları və əməliyyatları üzrə direktoru Zaur Əzizov və "Beşiktaş"ın baş məşqçisi Ole-Qunnar Sulşer bir-birinə hədiyyələr təqdim ediblər və tərəflər xatirə şəkli çəkdiriblər.

 

Qeyd edək ki, fevralın 9-da "Qalatasaray", 12-də "Beşiktaş"la qarşılaşan "Neftçi" U-17 sonuncu yoldaşlıq matçını ayın 14-də "Fənərbağça Dərəağzı" təlim-məşq bazasında "Fənərbağça"ya qarşı keçirəcək.