"Borussiya"nın hücumçusu Seru Girassi Çempionlar Liqasında həftənin oyunçusu seçilib. Sport24.az xəbər verir ki, o, səsvermədə Vinisius Junior və Evangelis Pavlidisi qabaqlayıb.
Afrikalı forvard "Sportinq"lə görüşdə bir qol və bir ötürmə edib. Dortmundlular səfərdə 3:0 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlmək üçün yaxşı şans qazanıblar.
Qeyd edək ki, 4-cü pillədə "Feyenoord"un futbolçusu İqor Payşao qərarlaşıb.