Leonardo Jardim "Kruzeyro"dan ayrılıb. Sport24.az xəbər verir ki, bu barədə Braziliya klubunun rəsmi saytı məlumat yayıb.
Buna səbəb "Kruzeyro"nun Braziliya Kubokunun yarımfinal mərhələsində penaltilərdə "Korintians"a uduzaraq (2-1, penaltilərdə 4-5, ilk oyunda 0-1) mübarizəni dayandırması olub.
51 yaşlı portuqaliyalı mütəxəssis 2025-ci ilin fevralından Braziliya klubunda çalışırdı. Komanda onun rəhbərliyi altında ölkə çempionatının bürünc medalını qazanıb.
Qeyd edək ki, portuqaliqalı məşqçi karyerası ərzində "Monako" ilə Fransa, "Olimpiakos"la Yunanıstan çempionluğunu və Kubokunu, eləcə də Səudiyyə Ərəbistan "Əl-Hilal"ı ilə AFC Çempionlar Liqasını qazanıb. O,həmçinin "Sportinq", bir sıra digər Portuqaliya klublarını, BƏƏ-dən "Əl-Əhli" və Qətərin "Əl-Rayan" komandalarında çalışdıb.