"Real"ın hazırkı baş məşqçi Xabi Alonso postundan gedəcəyi halda onun kimin əvəzləyəcəyi böyük ölçüdə məlumdur. Sport24.az "AS"a istinadən xəbər verir ki, "sükan arxasına" klubun idman direktoru Santyaqo Solari keçəcək. 

 

Mənbənin sözlərinə görə, son günlərdə bir neçə agent "Real" rəhbərliyi ilə əlaqə saxlasa da, heç bir nəticə əldə olunmayıb. Onlara bildirilib ki, dəyişikliyə ehtiyac duyularsa, Santyaqo Solari ilə yola davam edəcəklər. 

 

Qeyd edək ki, Solari artıq bir dəfə,  2018/2019 mövsümündə "Real"a rəhbərlik edib. Madrid təmsilçisi hazırda İspaniya çempionatında 39 xalla ikinci yerdədir. Komanda lider "Barselona"dan dörd xal geridədir.