"Arsenal" "Milan"ın qapıçısı Lorenso Torrianinin transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "Gazzetta dello Sport" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, ingilis klubu 20 yaşlı futbolçunun "Milan"dakı gələcəyi ilə bağlı klub rəhbərliyinin qərarını gözləyir. Qolkiperin yanvarda mövsümün sonuna qədər B Seriyasında mübarizə aparan komandalardan birinə icarəyə verilməsi də mümkündür.

 

Qeyd edək ki, Lorenso 2025/26 mövsümündə "Milan"ın heyətində D Seriyasında 10 oyunda 12 qol buraxıb, bir matçda isə qapısını toxunulmaz saxlayıb. Onun komanda ilə hazırkı müqaviləsi 2030-cü ilin yayında başa çatır. 

"Transfermarkt" portalı onun transfer dəyərini 500.000 avro olaraq qiymətləndirir.