20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Sport24.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Bu sənədə əsasən, Baş nazirin müavini Samir Şərifov Təşkilat Komitəsinin sədri təyin olunub. Gənclər və idman naziri isə Təşkilat Komitəsi sədrinin müavini olub.
Qeyd edək ki, FIFA-nın bu il oktyabrın 2-də keçirilən iclasında 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda və Özbəkistanda keçirilməsi barədə qərar qəbul edilib.