"Mançester Siti", "Mançester Yunayted" və "Çelsi" "Kristal Pelas"ın müdafiəçisi Daniel Munyosu "rənglərinə bağlamaq" istəyir. Sport24.az xəbər verir ki, bu barədə "CaughtOffside" portalı məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, "Mançester Siti" son aylarda 29 yaşlı kolumbiyalı futbolçunu yaxından izləyir. "Siti"nin meneceri Pep Qvardiola onun fiziki hazırlığını və mübarizə əzmini bəyənir. "Çelsi" və "Mançester Yunayted" də müdafiəçi ilə ciddi maraqlanır. 

 

Artan marağa baxmayaraq, "Kristal Pelas" rəhbərliyi Munyosu satmaq fikrində deyil və bunu açıq şəkildə bildirib. 

 

Qeyd edək ki, kolumbiyalı müdafiəçi 2025/26 mövsümündə meydana çıxdığı 23 matçda dörd qol vurub və iki məhsuldar ötürmə edib. Onun "Kristal Palas"la müqaviləsi 2028-ci ilin iyununa qədərdir.

"Transfermarkt" portalı futbolçunun transfer dəyərini 27 milyon avro olaraq qiymətləndirir.