"Kristal Pelas"ın mərkəz müdafiəçisi Mark Qehi karyerasını "Mançester Siti"də davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, "Siti" rəhbərliyi İngiltərə millisinin 25 yaşlı üzvünə müdafiə xəttini gücləndirmək üçün əsas seçim kimi baxır.

 

Ötən yay "Liverpul"a transferi baş tutmayan futbolçu hazırkı klubu ilə gələn ilin iyununda başa çatacaq müqaviləni yeniləməmək qərarına gəlib. 

 

"Kristal Pelas" bir neçə top klubun maraq dairəsində olan Qehini gələn yay pulsuz buraxmamaq üçün bu qış onu satmağı planlaşdırır.

 

Qeyd edək ki, 25 yaşlı ingilis bu mövsüm 25 matçda iki qol vurub və üç məhsuldar ötürmə edib.