Yarımmüdafiəçi Aleksis Salemakers "Milan"da oynamağa davam edəcək. Sport24.az İtali klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər müqavilənin 2031-ci ilin yayına qədər uzadılması barədə razılığa gəliblər.
26 yaşlı belçikalı futbolçu "Anderlext"in yetirməsidir. O, 2020-ci ilin əvvəlində "Milan"a transfer olunub.
Qeyd edək ki, Salemakers bu mövsüm "Milan"ın heyətində 18 oyun keçirib, iki qol vurub və dörd məhsuldar ötürmə edib.