Bu gün II Liqada XIII tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, 2-ci oyun günündə 3 matç keçiriləcək.
Lider "Xankəndi" "Ağstafa Gəncləri"ni qonaq edəcək. "Şirvan" "Göygöl"lə,"Ağdaş" isə "Dinamo" ilə üz-üzə gələcək.
Qeyd edək ki, ötən gün "Quba" "Şəmkir"ə, "Kür-Araz" "Araz-Saatlı"ya qalib gəlib. "Qaradağ Lökbatan" - "Şəki Siti" oyunu isə qonaq komandanın stadiona gəlməməsi səbəbindən baş tutmayıb.
II Liqa
XIII tur
16 dekabr (çərşənbə axşamı)
14:00. "Xankəndi" – "Ağstafa Gəncləri"
Hakimlər: Rövşən Rəcəbov, Aydın Bəxşiyev, Elman Kərimov, Nahid Xasıyev
"Palms Sports Arena" (IV meydança)
14:30. "Göygöl" – "Şirvan"
Hakimlər: Sənan Bayramzadə, Asif Abdullayev, Əkbər Əliyev, Rəsul Babayev
Göygöl. OİK stadionu
14:30. "Ağdaş" – "Dinamo"
Hakimlər: Şamil İmanzadə, Samir Qaracayev, Elmin Süleymanov, Murad Səlimov
Ağdaş. Şəhər stadionu
15 dekabr (bazar ertəsi)
"Araz Saatlı" – "Kür-Araz" 1:4
"Şəmkir" – "Quba" 0:1
"Qaradağ Lökbatan" – "Şəki Siti" - oyun baş tutmayıb