"Liverpul"un keçmiş baş məşqçisi Rafael Benites "qırmızılar"ın cinah oyunçusu Məhəmməd Salah barədə danışıb. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis misirli forvardın "Qızıl top"a layiq olduğunu bildirib:
"Salahın müqaviləsini yeniləmək "Liverpul" üçün prioritetdir, çünki o, dünya səviyyəli futbolçudur. Ən yüksək səviyyədə oynamağa və hər matçda komandaya töhfə verməyə davam etdiyindən Salahın yaşı ilə bağlı sual yaranmır. Təbii ki, Salah mövsümün sonunda "Qızıl top"u qazanmağa layiqdir. Niyə olmasın?".
Qeyd edək ki, Salah mersisayd təmsilçisiylə daha 2 illik sözləşmə imzalayıb.