"Barselona"nın prezidenti Joan Laporta Ferran Torresin PSJ-yə mümkün keçidi barədə danışıb. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Fabriso Romano paylaşım edib.
Əvvəllər futbolçunun PSJ-yə transfer olunmağa razı olduğu və katalonların onu parislilərə 50 milyon avroya satmağa hazır olduğu bildirilirdi:
"Bunu təsdiqləyə bilmərik. O, "Barselona"nın oyunçusudur və dünya çempionatında çox yaxşı oynayır".
Kataloniya təmsilçisi bir müddət əvvəl bonuslarla birlikdə 45 milyon avroluq təklifi rədd etmişdi. PSJ-nin baş məşqçisi Luis Enrike Ferran Torresin transferi ilə şəxsən maraqlanır və İspaniya millisindəki vaxtlarından bəri onun çox yönlülüyünü yüksək qiymətləndirir. Torresin "Barselona" ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır.
"Barselona" isə 26 yaşlı ispaniyalı oyunçunun transferindən əldə edilən gəliri Xulian Alvaresi əldə etmək üçün istifadə etməyi planlaşdırır.