Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan təyinat alıb. Sport24.az AFFA-ya istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin "Hamrun" (Malta) - "Runavik" (Farer adaları) görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma iyulun 16-da, Ta Qali şəhərində yerləşən "Centenary" stadionunda baş tutacaq.