Kabo-Verde millisinin hücumçusu Jovani Kabral "Qremio" ilə müqavilə bağlayıb. Sport24.az xəbər verir ki, bu barədə Brazliya klubunun baş məşqçisi Luis Kastro açıqlama verib.
28 yaşlı futbolçu "Qremio"ya azad agent statusu ilə qoşulub və 18 aylıq müqavilə imzalayıb.
Qeyd edək ki, Kabral DÇ-2026-da iki matçda - İspaniya (0-0) və Argentina (2-3) - meydana çıxıb. Onun son klubu iki mövsüm formasını geyindiyi Portuqaliya təmsilçisi "Eşteril" olub.