Fransa nəhəngi PSJ bu yay Parma və Yaponiya millisinin qapıçısı Jion Sudzukini "rənglərinə bağlamağı" planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə GFFN portalı məlumat yayıb.
23 yaşlı qolkiperin İtaliya klubu ilə müqaviləsi 2029-cu ilə qədərdir. "Parma" 35 milyon avro qarşılığında "çərçivə qoruyucusu"nu satmağa hazırdır.
Bir müddət əvvəl Sudzuki "Lids"in təklifini geri çevirirməklə gündəmə gəlmişdi. İngilislər qapıçıya görə 30 milyon avro transfer etməyə hazır idi. Emiliano Martinesin yerinə qokiper axtaran "Aston Villa"nın da milli üzvünə maraq göstərdiyi bildirilir.
Qeyd edək ki, Sudzuki ötən mövsüm "Parma"da 22 oyun keçirib və qapısında 30 qol görüb. O, DÇ-2026-da Yaponiya millisinin heyətində meydana çıxdığı 4 görüşdə 5 qol buraxıb.