"Marsel"in hücumçusu Meyson Qrinvud karyerasını "Fənərbaxça"da davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə məlumatı insayder Nikolo Skira öz "feysbuk" səhifəsində paylaşıb.
Mənbənin məlumatına görə, Türkiyə klubu 24 yaşlı ingilis üçün 45 milyon avro ödəyəcək.
Qrinvud "Fənərbaxça" ilə dörd illik müqavilə imzalayacaq. Onun maaşı mövsüm başına 8 milyon avro, bonuslar isə 2 milyon avroya qədər olacaq.
Qeyd edək ki, "Marsel" Qrinvudu 2024-cü ilin yayında "Mançester Yunayted"dən 26 milyon avroya alıb. Ötən mövsüm ingilis bütün turnirlərdə 45 oyun keçirib, 26 qol vurub və 11 məhsuldar ötürmə edib.