"Qalatasaray" və Kolumbiya milli komandasının müdafiəçisi Davinson Sançes "Komo"ya transfer olunmağa razılıq verib. Kolumbiyalı futbolçu 2030-cu ilin yayına qədər müqavilə imzalayacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
İtaliya klubu hələlik Türkiyə klubu ilə transfer danışıqları aparmayıb. "Qalatasaray" ilkin 25 milyon avroluq təklifi rədd edib. "Komo" yeni təklif hazırlayır.
Qeyd edək ki, Sançes 2023-cü ilin payızından "Qalatasaray"da oynayır. 30 yaşlı müdafiəçi ötən mövsüm bütün turnirlərdə 45 oyunda iştirak edib və iki qol vurub. Davinson DÇ-2026-da Kolumbiya millisinin heyətində beş oyunun hamısında iştirak edib.