"Latsio" Kolumbiya millisinin kapitanı Ceyms Rodrigesin transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu  barədə insayder Rudi Qaletti sosial media hesabında paylaşım edib.

 

35 yaşlı yarımmüdafiəçi ötən mövsümü "Minnesota Yunayted"də keçirib. iyunun sonunda MLS klubu ilə müqaviləsi başa çatan futbolçu hazırda azad agent statusu daşıyır. 

 

Qeyd edək ki, Ceyms karyerası ərzində "Real", "Bavariya" və digər klublardakı çıxışları ilə tanınır. Kolumbiyalı sonuncu dəfə Avropada "Rayo Valyekano"da oynayıb və 2025-ci ildə Meksikanın "Leon" klubuna yollanıb.