"Lester"in yarımmüdafiəçisi Harri Uinks "Kalyari"yə keçməyə razılıq verib. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira "X" sosial media platformasında məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 30 yaşlı yarımmüdafiəçi 2028-ci ilə qədər müqavilə imzalayacaq. Sözləşmə yaxın 72 saat ərzində ictimaiyyətə açıqlanacaq. 

 

Uinks "Tottenhem"in yetirməsidir. O, 2014-2023-cü illər arasında London təmsilçisinin heyətində 203 oyuna çıxıb, 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Harri həmçinin İngiltərə millisinin heyətində 10 oyuna çıxıb və 1 qol vurub.

 

Qeyd edək ki, yarımmüdafiəçi 2023-cü ildən "Lester"in formasını geyinib. O, ötən mövsüm 36 oyuna çıxıb 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.