"Neftçi" Sloveniyada təlim-məşq məşq toplanışını sonlandırır. Sport24.az xəbər verir ki, komandanın üzvləri bu gün baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında sonuncu məşqinə çıxıblar. Komanda sabah "Osiyek"ə qarşı son yoxlama matçında qüvvəsini sınayacaq.
Qeyd edək ki, toplanış iyulun 14-də başa çatacaq.