"Ayaks" "Əl-Hilal"ın hücumçusu Markos Leonardo ilə müqavilə imzalayacaq. Amsterdam klubu 23 yaşlı futbolçu üçün 17,5 milyon avro ödəyəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabriso Romano məlumat yayıb.
Braziliyalı ilə şifahi razılaşma da əldə edilib. Vəkillər sənədləri hazırlayırlar. Oyunçunun özü tibbi müayinədən keçməyə hazırdır.
Əvvəllər Markos Leonardonun "Porto"nun transfer siyahısında olduğu bildirilirdi.
Qeyd edək ki, "Əl-Hilal" Leanordonu 2024-cü ilin yayında "Benfika"dan transfer edib. Hücumçu ötən mövsüm bütün turnirlərdə 39 oyunda iştirak edib və 19 qol vurub.