"Şəfa"nın sabiq baş məşqçisi Elgiz Kərəmli "Minəçevir"in təklifini geri çevirib. Bu barədə Sport24.az-a gənc mütəxəssis məlumat verib.
O, danışıqların aparıldığını, lakin yekunda bu təklifi qəbul etmədiyini bildirib:
"Bəli, "Mingəçevir" mənə təklif gəlmişdi. Ortaq məxərəcə gələ bilmədik. Məsələ müqavilə ilə bağlı deyildi. Sadəcə, ümumi məsələlərdə razılaşmadıq. Buna görə də əməkdaşlıq baş tutmadı", – deyə bildirib.
Qeyd edək ki, Kərəmli daha öncə "İmişli"nin yeni baş məşqçisi Fərid Namazovun köməkçisi işləməkdən imtina etmişdi.