Sloveniyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün sonuncu yoxlama matçını çıxacaq. Sport24.az xəbər verir ki, "ağ-qaralar" Xorvatiya təmsilçisi "Osiyek"lə üz-üzə gələcək.
Lendava stadionunda baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:30-da səslənəcək.
Qeyd edək ki, "ağ-qaralar" daha əvvəl Serbiya təmsilçisi "Partizan"a 0:1, Rumıniyanın "ÇFR Kluj" komandasına 1:2 hesabı ilə uduzub. Serbiyanın "Radniçi NİŞ" kollektivi ilə oyun isə paytaxt təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.