"Frayburq"un isveçrəli yarımmüdafiəçisi Joan Manzambi "Aston Villa"ya keçib. Sport24.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Aston Villa" "Frayburq"la tam razılığa gəlib. Müqavilənin ümumi dəyəri bonuslar da daxil olmaqla təxminən 70 milyon avrodur.
Bir müddət əvvəl "Nyukasl" Manzabiyə görə "Frayburq"a 60 milyon avro təklif etmişdi. Lakin yarımmüdafiəçi "sağsağanlar"rın formasını geyinmək istəməməsi səbəbindən transfer baş tutmayıb.
Qeyd edək ki, "Aston Villa" yeni transferi tezliklə tibbi müayinədən keçəcək və hər şey yaxşı olacağı halda onunla uzunmüddətli müqavilə imzalanacaq.