Bu gün Çempionlar Liqasının təsnifat mərhələsinin birinci turunun oyunlarının cavab görüşləri keçirilir. Sport24.az xəbər verir i, 2-ci təsnifat mərhələsində "Sabah"ın mümkün rəqiblərindən olan KuPS (Finlandiya) "Vardar"la (Şimali Makedoniya) qarşılaşıb.
Finlandiyanın Kuopio şəhərində keçirilən oyun Finlandiya komandasının 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Bu nəticəyə baxmayaraq, KuPS ilk oyunu ümumi hesabla (4:3) hesabı ilə qazanaraq növbəti mərhələyə yüksəlib.
Xatırladaq ki, "Sabah" ilk turun ilk oyununda evdə Uels təmsilçisi TNS-ni 2:0 hesabı ilə məğlub edib.