Yeni mövsümün hazırlığını davam etdirən "Qəbələ" bu gün yoxlama oyunu keçirib. Sport24.az xəbər verir ki, Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi kollektiv "Kəpəz"lə üz-üzə gəlib. Qarşılaşma "qırmızı-qaralar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

"Qəbələ"nin qollarını Nuğay Rəşidov və Paulo Quimbila vurub. "Kəpəz"in heyətində isə Şakir Seyidov vurub.