Azərbaycan təmsilçisi "Sabah" bu gün UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS-lə (Uels) cavab oyununa çıxacaq. Sport24.az xəbər verir ki, İngiltərədəki "Park Hall Stadium"da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

 

"Sabah" - TNS cütünün qalibi ÇL-in 2-ci təsnifat mərhələsində "Vardar" (Şimali Makedoniya) - "Kups" (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub olan tərəf isə yoluna Konfrans Liasının 2-ci təsnifat mərhələsində davam edəcək və "Flora" (Estoniya) – "İberia 1999" (Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.

 

Qeyd edək ki, tərəflər arasında bir həftə əvvəl Bakıda baş tutan görüşündə "bayquşlar" 2:0 hesablı qələbə qazanıb. 

 

Çempionlar Liqası,

1-ci təsnifat mərhələsi, cavab oyunu

21:30. TNS (Uels) - "Sabah" (Azərbaycan) - 1:2 

Qolar: C.L. Mikels, 27, R. Daşdəmirov, 42 ; Lok, 89.

TNS: 1. Natan Şepperd, 14. Daniel Villiams, 16. Dinel Simo, 6. Cek Bodenham, 10. Daniel Redmond (k), 21. Leo Smit, 4. Dominik Korness, 15. Eoin Farrell, 8. Rayan Brobbel, 20. Ris Hyuz, 17. Cordan Villiams

 

Ehtiyat oyunçular: 44. Corc Jenniks, 7. Daniel Barton, 12. Harvi Dodsmark-Ford, 19. Ben Klark, 22. Daniel Devis, 23. Zah Nolan, 24. Cek Nadin, 26. Luis Filips, 27. Cek Kanavan, 31. Ben Voollam, 34. Coşua Lok, 37, İsak Ceffris

 

Baş məşqçi: Kreyq Harrison

 

"Sabah": 92. Stas Pakatilov (k), 27. Timateuş Puxaç, 5. Rəhman Daşdəmirov, 33. Erivaldo Almeyda, 80. Akim Zedadka, 13. İvan Lepinitsa, 7. Umarali Raxmonaliyev, 10. Aleksey İsayev, 19. Aron Maluda, 21. Velka Simiç, 20. Coy Lens Mikels

 

Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 4. Aden Makarti, 6. Abdulah Xaybulayev, 11. Kahim Parris, 16. Rauf Rüstəmli, 17. Tellur Mütəllimov, 23. Yunes Laşab, 34. Xander Severina, 88. Rodriqo Fernandeş, 89. Cəfər Muxtarov, 99. Orfe Mbina

 

Baş məşqçi: Valdas Dambrauskas