"Mançester Yunayted" və PSJ-nin keçmiş yarımmüdafiəçisi Ander Herrera "Saragosa"ya keçib. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

İspaniya klubu 36 yaşlı yetirməsinin geri döndüyünü açıqlayıb. Onun Araqon klubu ilə müqaviləsi bir mövsümlükdür.

 

Son mövsümdə "Saraqosa" Sequndada sonuncu pilləni tutaraq 77 ildən sonra ilk dəfə İspaniyanın üçüncü divizionuna düşüb.

 

qeyd edək ki, Erreranın son klubu Argentina "Boka Xuniors"u olub.