"Karvan-Yevlax"dan ayrılan Elvin Yunuszadə karyerasını yenidən Misli Premyer Liqasında davam etdirməyə yaxındır. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, millimizin sabiq futbolçusu xidmətlərini "Kəpəz" və "Şamaxı" klublarına təklif edib.

Hazırda 32 yaşlı müdafiəçi hər iki klubla danışıqlar aparır. Tərəflərdən biri ilə razılıq əldə olunacağı təqdirdə, Yunuszadə növbəti mövsümdə həmin komandanın formasını geyinəcək.

Qeyd edək ki, Elvin Yunuszadə karyerası ərzində "Neftçi", "Qarabağ", "Qəbələ" və son olaraq "Karvan-Yevlax"ın uğurları üçün çalışıb.