"Mançester Siti" "Lill"in yarımmüdafiəçisi Əyyub Buaddinin transferi üçün 100 milyon avro ödəməyə hazırdır. Sport24.az xəbər verir ki, bu barədə insayder David Ornşteyn sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, 18 yaşlı mərakeşli futbolçu ilə bir neçə digər aparıcı klub da maraqlanır. PSJ, "Liverpul" və "Arsenal" da gənc oyunçunun "rənglərinə bağlamaq" istəyir. "Şəhərlilər" yarımmüdafiəçini dərhal əsas komandaya cəlb etmək niyyətindədir.
Qeyd edək ki, Buaddi ötən mövsüm bütün turnirlərdə 42 oyun keçiribvə bir məhsuldar ötürmə ilə yadda qalıb. Əyyub Mərakeş millisinin heyətində DÇ-2026-da 5 matçda meydana çıxıb.