"Real" rəhbərliyi İspaniya Hakimlər Texniki Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyranın dövründə "Barselona"nın qazandığı bütün kuboklardan məhrum edilməsi ilə bağlı UEFA rəsmi müraciət təqdim edib. Sport24.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Neqreyra 2001-ci ildən 2018-ci ilə qədər La Liqa Hakimlər Komitəsində yüksək vəzifə tutub. Bu müddət ərzində Kataloniya təmsilçisi doqquz dəfə ölkə çempionu, dörd Çempionlar Liqası da daxil olmaqla 30-dan çox kubok qazanıb.
"Barselona" 2023-cü ildə ona rüşvət verməkdə ittiham olunur. Mediada yayılan məlumatlara görə, 2001-2018-ci illər arasında "Barselona"nın yalançı firmalar vasitəsi ilə Neqreyraya pul köçürdüyü iddia edilir.
Qeyd edək ki, "Barselona" hazırkı İspaniya çempionudur. "Real" isə 2025/2026 mövsümündə La Liqada ikinci yeri tutub.