"Tottenhem"in mərkəz müdafiəçisi Luka Vuşkoviç "Brayton"a tarsnefr olunub. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

London klubu 19 yaşlı oyunçu ilə beş illik müqavilə imzalayıb və müqavilənin müddəti daha bir mövsüm uzadıla bilər. "Brayton"un bu transfer üçün 54 milyon avro xərclədiyi bildirilir.

 

Qeyd edək ki, "Tottenhem" xorvatiyalı futbolçunu ötən yay "Hajduk"dan 11 milyon avroya alıb. Vuşkoviç 2025/26 mövsümündə icarə əsasında "Hamburq"un formasını geyinib. Gənc müdafiəçi alman klubunda 30 oyunda iştirak edib, 6 qol vurub və 1 məhsuldar ötürmə edib.