İspaniya millisinin baş məşqçisi Luis de la Fuenta DÇ-2026-da yarımfinalda bu gün Fransaya qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, mütəxəssis matçdan gözləntilərini deyib:

 

"Kimin favorit olmağının önəmi yoxdur. Fransanı necə dayandıracağıq? Onları təhlil etmişik. Nə edəcəyimizi yaxşı bilirik. Düzdür, çox bacarıqlı futbolçulara sahibdirlər, ancaq biz də öz gücümüzü bilirik. Üstün tərəflərimizi ortaya qoymalı və rəqibin oyununu pozmalıyıq".

 

Fransa – İspaniya oyununa 23:00-da start veriləcək.