İsrail millisinin sağ yarımmüdafiəçisi Anan Xalailinin Milan "İnteri"nə transferi baş tutmayıb. Sport24.az xəbər verir ki, bu barədə klubun prezidenti Cüzeppe Marotta mətbuat konfransında açıqlama verib.

 

Belçika təmsilçisi "Union"un 21 yaşlı oyunçusu tibbi müayinədən keçməyib.

 

Oyunçunun transferi "İnter"ə təxminən 25 milyon avroya başa gələcəkdi.

 

Qeyd edək ki, Xalaili 2025/26 mövsümündə "Union"un heyətində bütün yarışlarda 52 oyunda iştirak edib, 6 qol vurub və 6 məhsuldar ötürmə edib. O, bu qollardan 3-nü Çempionlar Liqasında vurub.