DÇ-2026-nın yarımfinalında İngiltərə ilə qarşılaşacaq Argentina millisi meydana mavi formada çıxacaq. Cənubi amerikalılar FIFA-dan alternativ formalarından istifadə etmək üçün icazə istəyib və ali futbol qurumu onların bu istəyinə müsbət cavab verib. Sport24.az xəbər verir ki, bu barədə "La Nacion" qəzeti məlumat yayıb. 

 

Argentinalılar 1986-cı il dünya çempionatının dörddəbir finalında İngiltərə ilə qarşılaşmada da mavi forma geyinmişdilər. "Albiceleste" həmin matçda Dieqo Maradonanın iki qolu sayəsində 2-1 hesabı ilə qalib gəlib.

 

Həmin sözrüşün 51-ci dəqiqəsində Maradona qapıçı Peter Şiltonu qabaqlayaraq topu əli ilə qapıya göndərib. Hakim qayda pozuntusunu görməyib və qol sonradan "Tanrının Əli" kimi tanınıb. Maradona dublına qarşı İngiltərənin yeganə qolunun müəllifi isə Qari Lineker olub.

 

Qeyd edək ki, İngiltərə - Argentina matçı iyulun 15-də ABŞ-ın Atlanta şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.